Külək güclənəcək - Xəbərdarlıq

kulek-guclenecek
Oxunma sayı: 6252

Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, dekabrın 26-da gecə və səhər, 27-də günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcək.

Dekabrın 25-i axşamdan 28-i gündüzədək Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.