Laçında 2 hərbçimiz minaya düşdü

lacinda-2-herbcimiz-minaya-dusdu
Oxunma sayı: 7083

İki hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Qafqazinfo”ya Qubadlı Hərbi Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları - Vüqar Süleymanovun avqustun 20-si, Heydər Gülmalıyevin isə avqustun 21-i işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı araşdırma aparılır.

Xəbəri rus dilində oxuyun: "Сегодня AccessBank входит в топ-пятерку банков страны" - Илькин Гулиев