Lənkəranda 24 yaşlı şəxs qətlə yetirildi - Saxlanılan var

lenkeranda-24-yasli-sexs-qetle-yetirildi
Oxunma sayı: 2313

Oktyabrın 17-də  saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.