“Leyla həm vəzifəsindən, həm də kanaldan gedib” - İTV

leyla-hem-vezifesinden-hem-de-kanaldan-gedib
Oxunma sayı: 8942

İctimai Televiziya  (İTV) tanınmış aparıcı Leyla Quliyevanın Musiqi departamentinin rəhbəri vəzifəsindən getməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Kanalın Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, L.Quliyeva təkcə vəzifəsindən getməyib, eyni zamanda kanalla da əməkdaşlığına son qoyub: “Öz istəyi ilə ərizəsini yazaraq İTV ilə yollarını ayırıb”.

Bundan əlavə, kanal rəsmisi Quliyevanın “Səs Uşaqlar” layihəsində aparıcı kimi işinə davam edəcəyini açıqlayıb: “Layihə hələ davam etdiyi üçün orada aparıcılığa davam edir”.

Qeyd edək ki, L. Quliyevanın vəzifəsindən getmə xəbərini ilk dəfə mediatime.az yayıb.