Livandan İsrailin şimalına raketlərlə hücum edildi

livandan-israilin-simalina-raketlerle-hucum-edildi
Oxunma sayı: 1191

Livandan İsrailin şimalındakı Qərbi Qaliley bölgəsinə tank əleyhinə raketlərlə hücum edildiyi bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.

Bildirilib ki, nəticədə bir nəfər ölüb.

Açıqlamada hücumun həyata keçirildiyi bölgələrin İsrail ordusuna məxsus helikopter, tank və artilleriya atəşi ilə vurulduğu qeyd edilib.

Xatırladaq ki, oktyabrın 8-dən Livan-İsrail sərhədində İsrail ordusu ilə “Hizbullah” arasında toqquşmalar gedir. Qarşıdurmalarda 92 “Hizbullah” üzvü, 1 Livan və 6 İsrail əsgəri həlak olub.