Lukaşenko tezliklə Ərdoğanla görüşmək istəyir

lukasenko-tezlikle-erdoganla-gorusmek-isteyir
Oxunma sayı: 1032

Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Belarus Prezidentinin Mətbuat xidməti yayıb. 

Lukaşenko öz təbrikində tezliklə Ərdoğanla görüşməyə ümid etdiyini qeyd edib. 

O, sözügedən görüşün Minsk və Ankara arasında münasibətlərdə yeni səhifə açacağını da vurğulayıb. 

Qeyd edək ki, bu gün Ərdoğanın 70 yaşı tamam olur.