Manaf Ağayevi Füzuliyə buraxan polislərlə bağlı araşdırma başladı

manaf-agayevi-fuzuliye-buraxan-polislerle-bagli-arasdirma-basladi
Oxunma sayı: 11615

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı onun keçdiyi polis postunda yoxlamalara başlanılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib. Onun sözlərinə görə, araşdırmanın nəticəsinə uyğun yekun qərar veriləcək:

“Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz keçdiyi üçün 15 sutka həbs cəzası aldı. Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”.

Qeyd edək ki, M.Ağayev həbsindən əvvəl azxeber-ə açıqlamasında ayda bir-iki dəfə Füzuliyə getdiyini bildirmişdi.

Xatırladaq ki, M.Ağayev dünən bahalı avtomobillə Füzuli aeroportuna getməsinin videosunu sosial şəbəkədə paylaşıb. Daha sonra müğənni müzakirələrə səbəb olan videonu instaqramından silib. Videoda M.Ağayevin avtomobilinin yanında 10-AA-307 seriyalı daha bir maşın olub. Həmin şəxsin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib.

Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.

Xəbəri rus dilində oxuyun: Кто они - новые главы ИВ? - Досье

Манаф Агаев и бизнесмен арестованы на 15 суток - Фото

Трагедия двух сестер в Азербайджане - в один день погибли 8 человек