Mariya Stadnik DÇ-nin finalında - Yenilənib

Mariya Stadnik DÇ-nin finalında
Oxunma sayı: 4213

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.

50 kq
Təsnifat - Mariya Stadnik - Miessiney Mersi Genesis (NGR)

53 kq
Təsnifat - Türkan Nəsirova - Nina Hemmer (GER)

***

Mariya Stadnik Mersi Genesisi 10:0 hesabı ilə məğlub edir.

***

Təsnifat - Türkan Nəsirova - Nina Hemmer (GER) 0:11. İdmançımız mübarizəni dayandırır.

***

1/8 final - Mariya Stadnik - Sima Sima (İND) 9:2/ Stadnik 1/4 finala adlayıb. 

Stadnik son 5 idmançı arasında yer aldığı üçün artıq 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. 

***

Mariya Stadnik Yekaterina Poleşçuka 11:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda çinli Yanan Sunla qarşılaşacaq.

***

Mariya Stadnik çinli Yanan Su üzərində qələbə qazanaraq finala adlayıb. O, rəqibinə 6:4 hesabı ilə qalib gəlib. 

***

Mariya Stadnik sabah saat 16:00-da başlayacaq final görüşlərində rumıniyalı Emiliya Alina Vukla qarşılaşacaq. 

Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:
https://unitedworldwrestling.org/event/world-championships-36?tab=results




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi