“Maşın”da ikinci dəfə qaldı, sözünün üstündə durdu

masinda-ikinci-defe-qaldi-sozunun-ustunde-durdu
Oxunma sayı: 8151

“Maşın” realiti-şousunun “Maskarad” buraxılışının növbəti səsverməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə də aparıcı Lalə Mustafayeva səsvermədə iştirak edib. Lalə şounun əvvəlindən səsvermədə qalib olarsa , heç kimi verilişdən çıxarmayacağını deyib. 

O, 51,24% səslə “Maşın”da qalıb və o, şoudan heç kəsi uzaqlaşdırmayıb.

Beləliklə "Maşın"ında aparıcılar Lalə Mustafayeva, Kəmalə Piriyeva, Suna Qasımoğlu, müğənni Ramal İsrafilov mübarizəni davam etdirir.

Sabah sonuncu səsvermə olacaq.