Mədət Quliyevə yeni müavin təyin olundu

medet-quliyeve-yeni-muavin-teyin-olundu
Oxunma sayı: 1771

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinat olub.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, DTX-nin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor İlqar Musayev tutduğu vəzifədən azad edilərək xidmət rəisinin müavini təyin edilib.
 
DTX-dən təyinat xəbərini təsdiqləyiblər.
 
Qeyd edək ki, buna qədər DTX rəisinin bir müavini olub. Bu, general-mayor İsmayıl Bağırovdur.