“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı M. Əliyevin təyinatı ilə yanaşı, eyni zamanda ona general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam da imzalayaraq həqiqi hərbi xidmətə qəbul edilməsini təmin etmişdi. Məhz bu sərəncamdan sonra bəlli olub ki, M. Əliyev Azərbaycanda üç istiqamət üzrə general-leytenant rütbəsi alan ilk şəxsdir. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis vəzifəsində işləyərkən M. Əliyev polis general-leytenantı rütbəsinə qədər yüksəlmişdi. Bu vəzifədən istefa verdikdən sonra Tacikistana səfir göndəriləndə ona ədliyyə general-leytenantı hərbi rütbəsi verilmişdi. Yuxarıda qeyd etdiyimiz kimi bir neçə gün əvvəl isə o, hərbi general-leytenantı olub.
Son xəbərlər
Son Xəbərlər