Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi - Yenilənib

mehkeme-eldar-hesenovla-bagli-qerar-verdi
Oxunma sayı: 15779

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov məhkəməyə gətirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, o, istintaqın təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

Qeyd edək ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

***

Məhkəmədə Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

"Qafqazinfo"nun məlumatına görə, onun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Eldar Həsənov məhkəmədə ittihamları qəbul etmədiyini bildirib və vəkili Adil İsmayılovdan mətbuata geniş açıqlama verilməsini xahiş edib.

Murad Əhməd