Mehriban Əliyevanı təbrik edirlər - Yenilənib

mehriban-eliyevani-tebrik-edirler
Oxunma sayı: 616

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Azərbaycan xalqının rifahının təmin olunmasına, təhsil, elm, mədəniyyət və incəsənətin inkişafına, Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə yönəlmiş çoxşaxəli dövləti və ictimai fəaliyyətinizə dərin hörmətimi və səmimi heyranlığımı ifadə etmək istəyirəm.

Özbəkistanda Sizə xüsusi rəğbət və ehtiram bəslənilir, Özbəkistan-Azərbaycan münasibətlərinin ardıcıl şəkildə dərinləşdirilməsinə göstərdiyiniz daimi həssas diqqət yüksək qiymətləndirilir.

Ailələrimiz arasında mövcud səmimi və mehriban münasibətlər xüsusi sevinc hissi doğurur. Əminəm ki, bu dostluq və qarşılıqlı hörmət mühiti hazırda Özbəkistanı və Azərbaycanı birləşdirən həqiqi qardaşlıq bağlarının parlaq ifadəsidir.

Əminəm ki, Sizin şəxsi iştirakınız bundan sonra da ölkələrimiz arasında humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsinə, xalqlarımızın yaxınlaşmasına və zəngin ümumi irsimizin gələcək nəsillər üçün qorunub saxlanılmasına hərtərəfli töhfə verəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və davamlı tərəqqi arzulayıram”.

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi, “Rusiya - İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb:

“Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Sizin genişmiqyaslı dövləti, ictimai və xeyriyyəçilik fəaliyyətiniz, Azərbaycan cəmiyyətinin həyatında əsas dəyərlərin qorunub saxlanılmasına göstərdiyiniz səmimi qayğı, həqiqətən, heyranlıq doğurur və hörmətə layiqdir. Həmçinin Sizin rəhbərliyinizlə beynəlxalq səviyyədə həyata keçirilən genişmiqyaslı humanitar layihələr, yaradıcı əməyinizə verilmiş nüfuzlu mükafatlar, həqiqətən, səxavətli və qızıl qəlbə malik, xeyirxah işlərə və insanlara təmənnasız yardıma hər zaman açıq olan qeyri-adi şəxsiyyətinizin miqyasını təsdiq edir.

Sizə nəcib amallarınızın bütün sahələrdə həyata keçirilməsinə yönəlmiş davamlı uğurlar, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq üçün tükənməz ilham və güc arzulayıram”.

***

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb:

“Çox hörmətli Mehriban Arif qızı.

Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Bu gün Sizə sonsuz hörmətimi və dəyərli şəxsiyyətinizə, doğma Azərbaycana yorulmaz xidmətinizə səmimi heyranlığımı ifadə etmək üçün gözəl fürsətdir.

Sizin həyat yolunuz ən yüksək peşəkarlığın, müdrikliyin və mənəvi səxavətin ahəngdar vəhdətinin heyrətamiz nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti vəzifəsində zəngin mədəni irsin qorunmasına və genişmiqyaslı sosial proqramların həyata keçirilməsinə yönəlmiş fəaliyyətiniz Sizə xalqın dərin ehtiramını və sevgisini qazandırmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və birinci xanımı kimi Siz ləyaqətin, məsuliyyətin və ölkənin gələcəyinə yorulmaz qayğının təcəssümüsünüz. Sizin enerjiniz və quruculuq səyləriniz Azərbaycan dövlətçiliyinin inkişafı və onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üçün sarsılmaz təməl rolunu oynayır.

İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, yaradıcılıq uğurları, tükənməz enerji, xoşbəxtlik və firavanlıq arzulayım. Qoy bütün nəcib təşəbbüsləriniz və planlarınız uğurla həyata keçsin, insanlara bəxş etdiyiniz sevgi və qayğı Sizə qat-qat artıq qayıtsın. Sizə, Sizin böyük və gözəl ailənizə sülh, firavanlıq arzulayıram”.