Məşhur futbolçu klub sahibi oldu

meshur-futbolcu-klub-sahibi-oldu
Oxunma sayı: 3360

İtaliya millisinin və “Yuventus”un sabiq müdafiəçisi Corcio Kyellini klubu sahibi olub.

“Qafqazinfo” xəbər verir ki, o, MLS təmsilçisi “Los-Anceles” klubunun səhmdarlarından birinə çevrilib. Bu barədə klub rəsmi açıqlama yayıb.

Kyellini 2022-ci ildə “Yuventus”dan ayrıldıqdan sonra məhz bu komandanın heyətinə qoşulmuşdu və 2023-cü ilin sonuna qədər ABŞ təmsilçisinin formasını geyinmişdi.

Qeyd edək ki, o, “Los Angeles FC” ilə MLS çempionluğu da yaşamışdı.

Nihad Əsədov