Məzun gecəsində 17 yaşlı qızı nişanlısı bıçaqlayıb? - Yenilənib

mezun-gecesinde-17-yasli-qizi-nisanlisi-bicaqlayib
Oxunma sayı: 7133

Sabirabadda 17 yaşlı məktəbli qızın məzun gecəsi şənliyində bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaralar kəndi ərazisində yerləşən “Ana Kür” restoranında 5 saylı məktəbin şagirdləri şənlik təşkil ediblər.

Hadisəni törədən 19 yaşlı Sübhan Qasımlı məktəbdə təhsil alan Nərgizi (şərti ad) sevirmiş və buna görə valideynləri ilə elçilik də edib. Sübhanın ailəsi polisə izahatında bildirib ki, Nərgiz Sübhanla nişanlı olub. Nərgizin ailəsi isə elçilik mərasimində oğlan evinə “yox” dediyini bildirir.

Şənlikdən bir neçə gün öncə Sübhan qızdan həmin şənliyə getməməsini istəyib. Nərgiz isə məktəb yoldaşları ilə keçirilən məzun gecəsinə qatılıb. Bu səbəbdən də oğlan həmin şənliyə gələrək onu bıçaqlayıb.

Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan Sübhanın axtarışları davam edir. Nərgizin isə səhhəti stabildir.

***

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, 17 yaşlı Nərgizi (şərti) bıçaqlamaqda şübhəli bilinən 19 yaşlı Sübhan Qasımlı saxlanılıb. Hazırda polis şöbəsində onun ifadəsi alınır.

Qeyd edək ki, S.Qasımlı da 2 il əvvəl həmin məktəbin məzunu olub.

Murad Əhməd