Mitinqə icazə verildi

mitinqe-icaze-verildi
Oxunma sayı: 18428

Milli Şuranın mitinq müraciətinə cavab verilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin cavabı təşkilatçılardan biri İbrahim İbrahimliyə təqdim edilib.

O bildirib ki, noyabrın 2-nə planlaşdırılan mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verib.

Qeyd edək ki, müxalifətin ənənəvi olaraq mitinqlərini keçirdiyi “Məhsul” stadionu təmirə bağlanıb.