Moskvadan Bakıya qayıda bilmədi, Rəqsanənin evində qalır - Video

moskvadan-bakiya-qayida-bilmedi-reqsanenin-evinde-qalir
Oxunma sayı: 8646

Tanınmış müğənni Damla Azərbaycana qayıda bilmir. “Qafqazinfo” xəbər verir ki, sənətçi konsert proqramı ilə bağlı Rusiyaya gedib, lakin koronavirusun qarşısını almaq məqsədi ilə uçuşların dayandırılması nəticəsində Moskvada qalmağa məcbur olub.

Uzun illərdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə status paylaşaraq Bakıya qayıda bilməyən həmvətənlilərini evinə qonaq etməyə hazır olduğunu bildirib.

Oteldə qalan Damla və köməkçisi bir müddət sonra Rəqsanənin evinə gedərək orada qalmağa başlayıblar. Rəqsanə də instaqramda paylaşımlar edərək Damlanın evində qonaq qaldığını vurğulayıb.

Damla da dünən “Bizimləsən” proqramına telefonla bağlanaraq 10 gündən artıqdır ki, Moskvada olduğunu bildirib:

“Novruz bayramı ilə bağlı tədbirlərə gəldik. 20-21 mart konsert oldu, sonra özəl dəvətlər var idi. Daha sonra da təyyarə biletləri bitdi. Nə qədər müraciət etdik, biletlər tükənmişdi. Düşündük ki, gözləyək, ara sakitləşsin. İndi də karantindir. Əvvəldən alınan biletlərimiz də batdı. İndi burada heç yerə çıxmaq olmaz”.

Qeyd edək ki, bir müddət əvvəl Damlanın Rusiyadan deportasiya edilməsində Rəqsanə İsmayılovanın rolu olduğu iddia edilmişdi.

Damla və köməkçisi