Moskvaya dron hücumu oldu - Video + Yenilənib

moskvaya-dron-hucumu-oldu
Oxunma sayı: 8887

Gecə saatlarında Rusiyanın Moskva vilayətinə dron hücumu olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, paytaxtın Strogino və Krasnoqorsk şəhərlərində ard-arda partlayış səsləri eşidilib. 

TASS agentliyi isə Moskvanın Vnukovo, Şeremetyevo və Domodedovo aeroportları üzərində hava məkanının bağlanması barədə məlumat yayıb:

“Uçuşlar qəbul edilmir, təxirə salınıb”.

***

Moskva meri Sergey Sobyanin teleqram kanalında dron hücumunu təsdiqləyib.

O bildirib ki, hava hücumundan müdafiə qüvvələri Krasnoqorsk vilayətində və Moskva vilayətinin Çastsı rayonunda iki PUA-nı vurub.

Hazırda xüsusi təyinatlılar hadisə yerindədir.

***

Şeremetyevo və Domodedovo hava limanlarında uçuşlar bərpa edilib.