Müdafiə naziri İlham Əliyevə raport verdi- - Fotolar

mudafie-naziri-ilham-eliyeve-raport-verdi-
Oxunma sayı: 3797


"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoydu. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib. 

Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxdı.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib. Sonra dövlət başçısı şəxsi heyətlə görüşüb. Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verib. 

Prezident İlham Əliyev əsgərləri salamlayıb. 

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib.

Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.