Müdafiə Nazirliyi itkin düşmüş hərbi qulluqçuların şəkillərini yaydı - Fotolar

mudafie-nazirliyi-itkin-dusmus-herbi-qulluqcularin-sekillerini-yaydi
Oxunma sayı: 14509

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olanlarla bağlı yeni siyahı açıqlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.