Nazim İbrahimovun qızının toyundan - Fotolar

nazim-ibrahimovun-qizinin-toyundan
Oxunma sayı: 12696

Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova iş adamı Kamran Əliyevə ərə gedib.

“Qafqazinfo” xəbər verir ki, toy mərasimi mayın 5-də “JW Marriott Absheron” oteldə keçirilib. 

Toyda cütlüyün ailə üzvləri və dostları, eləcə də şou-biznes nümayəndələri iştirak edib.

Qeyd edək ki, K.İbrahimova “DeCamie” moda evinin sahibidir. 

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.