Tapdığı 5 min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə Təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin "Təşəkkürnamə"si mükafatlandırılıb, ona planşet və kitablar hədiyyə edilib.
Məlumat üçün bildirək ki, məktəbli pul kisəsinin sahibi tərəfindən təklif olunan mükafatdan da imtina etmişdi.
***
Mayın 2-də Tovuz rayonu Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbin 8-ci sinif şagirdi İdris Abbasova Təhsil Nazirliyinin hədiyyələri və “Təşəkkürnamə”si təqdim edilib.





Son xəbərlər
Son Xəbərlər