Nazirdən yeni rəis təyinatı

nazirden-yeni-reis-teyinati
Oxunma sayı: 7047


“Qafqazinfo” AzVision.az-a istindən xəbər verir ki, tutduğu vəzifədən azad edilən Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərovun yerinə yeni təyinat olub.

Belə ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Astara rayon Polis Şöbəsinin rəis müavini Ənvər Həsənov Zəngilan rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ənvər Həsənov əslən Zəngilan rayonundandır.