Nazpəridən 25 minlik cərimə ilə bağlı- - Açıqlama

nazperiden-25-minlik-cerime-ile-bagli-
Oxunma sayı: 3544


“Qafqazinfo”nun məlumatına görə, xalq artisti yenidən məhkəməyə müraciət edəcəyini qeyd edib: 

“Yekun nəticənin yaxşı olacağına inanıram. Qərar hələ tam açıqlanmayıb. Əlimdə faktlar, sübutlar var. Başqa instansiyalara da müraciət olunacaq. İnanıram ki, həqiqət qalib gələcək. Bu, son deyil”.

Xalq artistinin vəkili Yunis Vəliyev isə açıqlamasında bildirib ki, məhkəmə qərarı onlara təqdim olunmayıb: 

“Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində Bakı Apellyasiya məhkəməsinin qərarına verdiyimiz kassasiya şikayətinə baxılıb. Şikayətimiz qismən təmin edildi. Cərimə məbləği 25 min manat müəyyən edilib. Onların istəyi 500 min manat idi, məhkəməyə hakim Qəhrəman Allahverdiyev sədrlik edirdi. Ali məhkəmənin qərarı bizə təqdim edilmədiyi üçün təəssüf ki, ətraflı məlumat verə bilmirik. Qərar təqdim olunan kimi detallar açıqlanacaq”. 

Qeyd edək ki, məhkəmənin qərarına əsasən Dostəliyeva İlhamə Quliyevaya 25 min manat ödəməli və eyni zamandaondan  üzr istəməlidir.

Könül