“Neftçi” 2-ci təsnifat mərhələsində - Yenilənib

neftci-2-ci-tesnifat-merhelesinde
Oxunma sayı: 6674

Azərbaycan çempionu “Neftçi” bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) növbəti matçına çıxır.

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasını qəbul edir.

Bu komandalar arasında səfərdə baş tutan ilk oyun “ağ-qaralar”ın qələbəsiylə yekunlaşıb – 2:1. Bu üzdən Bakı klubuna mərhələ adlamaq üçün heç-heçə də sərf edir.

“Bakcell Arena”da baş tutacaq oyunu azarkeşlər də tribunadan izləyə biləcək. Son 9 avrokubok görüşünü qolsuz tərk etməyən “ağ-qaralar”ın bu dəfə də rəqib qapısına yol tapacağı istisna olunmur.

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

14 iyul

21:00. Neftçi - Dinamo (Tiflis)

Baş hakim: Dumitru Muntean (Moldova).

Bakı. “Bakcell Arena”.

***

Oyun başladı.

***

Matçda fasilə oldu.

***

Oyunda ikinci hissə başladı.

***

“Dinamo” hesabı açdı. Radin 51-ci dəqiqədə fərqləndi.

***

“Neftçi” hesabı bərabərləşdirir. 58-ci dəqiqədə penaltidən Emin Mahmudov fərqlənir.

***

“Neftçi” 68-ci dəqiqədə hesabı 2:1 edir. Namiq Ələsgərov fərqlənir.

***

Matç bitdi.