Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin xatirəsinə Şüvəlanda ev muzeyi yaradılıb. “Qafqazinfo” xəbər verir ki, sabiq nazirə məxsus bağ evi hazırda “Neftçilər” qonaq evi kimi fəaliyyətə başlayıb.
Burada Natiq Əliyevin bütün həyat yolu əks olunub. Bağ evinin dəmir arakəsmələrinin naxışları belə, neft buruqlarındandır.
Muzeydə mərhum nazirin ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevlə fotolarını əks etdirən guşə, eyni zamanda neftlə bağlı bütün əmək fəaliyyətini əhatə edən xatirə lövhəsi əksini tapıb.
Natiq Əliyevin “Əsrin müqaviləsi”, “Bakı-Ceyhan” kontraktlarında istifadə etdiyi qələmlər də muzeydə nümayiş olunur.
“Neftçilər” qonaq evi mərhum nazirin oğlu Fərhad Əliyevin təşəbbüsü ilə yaradılıb.
Muzeydən maraqlı fotoları təqdim edirik.
Qeyd edək ki, iyunun 8-də sabiq nazirin il mərasimi keçiriləcək. Bu münasibətlə Heydər Məscidində iftar süfrəsi açılacaq.













Son xəbərlər
Son Xəbərlər