Növbəti danışıqlar bu zaman olacaq - Zelenski açıqladı

novbeti-danisiqlar-bu-zaman-olacaq
Oxunma sayı: 415

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən üçtərəfli danışıqların gedişatı ilə bağlı paylaşım edib.

“Qafqazinfo xəbər verir ki, dövlət başçısı fevral ayı ərzində daha bir məhsuldar görüşün keçirilməsinə ümid etdiyini bildirib:

“Hesab edirik ki, yaxın vaxtlarda, daha dəqiq fevral ayında daha bir danışıqlar raundunu təşkil etmək mümkün olacaq. Bu mərhələ həqiqətən səmərəli bilər”.

Prezident həmçinin vurğulayıb ki, Ukrayna tərəfi Rusiya ilə növbəti hərbi əsir mübadiləsini həyata keçirməyə tam hazırdır. Mübadilənin konkret tarixi açıqlanmasa da, bu mövzunun yaxın günlərdə keçiriləcək müzakirələrin əsas humanitar bəndlərindən biri olacağı gözlənilir.

Xatırladaq ki, ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri fevralın 17-18-də Cenevrədə bir araya gəlmişdilər. Həmin görüşdə bəzi hərbi və humanitar məsələlər üzrə irəliləyiş əldə olunsa da, siyasi razılaşma hələ ki mümkün olmayıb.