Oksananın film təqdimatı... - Keçmiş əri də gəldi

oksananin-film-teqdimati
Oxunma sayı: 8420

Ötən gün Nizam Kino Mərkəzində “Şər qarışanda” bədii filminin təqdimatı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, psixoloji dram janrında olan filmin qala gecəsinə şou və kino aləminin tanınmış simaları qatılıb.

Samir Kərimoğlunun rejissorluq etdiyi filmdə baş rolları xalq artisti Ramiz Novruz və Oksana Rəsulova bölüşüb.

Qurban İsmayılov, Zəhra Bədəlbəyli, İlhamə Qasımova, Kəmalə Piriyeva kimi məşhurların rol aldığı filmin çəkilişləri Şabranda reallaşıb.

Rəqqasə Oksana Rəsulova film barədə təəssüratlarını bölüşüb:

“Bizi tək qoymayan dostlarıma təşəkkürümü bildirirəm. Filmi bəyənəcəyinizə inanıram, çox əziyyətlə ərsəyə gətirdik”.

Təqdimat mərasimində digər maraqlı məqam isə Oksana Rəsulovanın eks-həyat yoldaşı Elşad Xosenin qala gecəsinə qatılması olub.

Elşad Xose  isə jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Rəqqasə Oksana Rəsulova açıqlamasında keçmiş həyat yoldaşını Samir Kərimoğlunun dəvət etdiyini vurğulayıb.