Bakıda dünən qətlə yetirilən “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadənin evindən 30 min dollarlıq qızıl əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb.
M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlanmasını bildirib. Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, bir çox məşhur müğənnilər M.Namədzadənin müştərisi olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər