Röya Ayxan Türkiyənin Hürriyət qəzetinə müsahibə verib.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
-Azərbaycandan Türkiyəyə uzanan bir musiqi kariyeranız var. Musiqi səyahətiniz necə başladı?
- 16 yaşımda ilk dəfə səhnəyə bir qrupla çıxdım. İki il onlarla birlikdəydik, amma qrupdan ayrıldım. Beyonce kimi qrupdan ayrıldım, özüm davam etdim. Allah alnıma bu yola tək davam edəcəyimi yazıbmış.
-Son bir neçə aydır hər yerdə “Kesin bilgi” mahnısını eşidirik. Mahnının sözləri Gülşənə aiddir. Gülşənlə necə bir araya gəldiniz?
- Gülşəni televiziyada izləyərkən “mənim qadınım” deyirdim. Onun istiqanlı olduğunu anladım. İki il əvvəl Azərbaycana dəvət etdik, konsertə gəldi. Onunla belə tanış oldum. Qadınların söz yazmasını, bəstə etməsini çox bəyənirəm.

- “Kesin bilgi”də ehtiraslı, şəhvətli bir qadın görürük. Həqiqətən eləsiz?
- Gülşən əvvəl mənə başqa mahnı vermişdi. Onu yazanda mən evli idim. Sonra məni yaxından tanıyanda “mən sənə başqa mahnı yazacağam” dedi və “Kesin bilgi”ni yazdı. Bu mahnını mənə verəndə boşanmışdım. Həqiqətən yaşadığım ruh halına uyğunlaşdı.
-“Kesin bilgi” klipində avtomobil parçalıyırsız. Gerçək həyatda da belə xasiyyətiniz var?
- Həqiqətən elə biri deyiləm. Mən divarlara səni sevirəm yazacaq qədər sevərəm. Qırmaram, parçalamaram, dağıtmaram.... Asi xarakterim var, amma eşqə zərər vermərəm.
-Sizə duyğularını dərin yaşayan biri deyə bilərik?
- Bəli. Çox sevər, çox da əsəbləşərəm. Mən də orta yoxdur. İnsanlara qarşı sevgim var.
-Daha əvvəl də sizi Soner Sarıkabadayı, Əflatun kimi adların sözlərini yazdığı mahnıları ifa edəndə eşitdik. Bu qədər sinqıldan sonra albom çıxarmaq fikriniz var?
- Albom üçün çox tezdir. Ən sonda albomu düşünürəm. Bu günlərdə çox gözəl mahnılarla qarşınıza çıxacam.
-6 yeni mahnınız olduğunu eşitdik. Sürpriz adlarla yenidən çalışacaqsız?
- Var amma deyə bilmərəm (Gülür.) Bol- bol bomba var. Bəlkə biriylə duet oxudum. Çox sevdiyim, hörmət etdiyim biridir.

- Azərbaycan-Türkiyə arasında qalmısız. Bir də bir də kiçik oğulunuzla maraqlanırsız. Yorulmursuz?
- Çox sevdiyimdən.... Mən çalışqan qadınam. Enerjim tükənmir. Oğlumu da bura gətirdim, çox sevdi. Bu dəfəbir az çətin oldu, amma oğlan uşağıdırr. 10 il sonra o məni axtarmayacaq, mən ondan ötrü çox darıxacam. Anlayışlıdır, arxamca heç ağlamadı.
-İllər əvvəl Azərbaycanda aktrisalıq etmisiniz. Buradan da təklif gəlib?
- Bəli, illər əvvəl bir filmdə rol almışdım. Sevgilisindən ayrıldıqdan sonra İstanbula qaçan bir qadını canlandırmışdım. O, ilk və son rolumdur. İstanbul taleyimdə var. Daha aktrisalıq etmərəm. Çox çətindir. “Necə olursan ol ağla, necə olursan ol gül” deyirlər. Olmadığım kimi olmaq mənlik deyil. Kliplərdə on altı saat belə ağladığım vaxt olur.


Son xəbərlər
Son Xəbərlər