Onlar da general oldu - Prezidentdən sərəncam

onlar-da-general-oldu
Oxunma sayı: 9768

Prezident İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.