Paşinyan 49 erməni hərbçinin öldüyünü etiraf etdi

pasinyan-49-ermeni-herbcinin-olduyunu-etiraf-etdi
Oxunma sayı: 9922

“Ermənistan tərəfindən 49 hərbçi ölüb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil.

O bildirib ki, döyüş əməliyyatlarının intensivliyi azalıb.

Paşinyan, həmçinin Ermənistanın KTMT-yə müraciət etdiyini təsdiq edib və qeyd edib ki, ölkənin müraciəti əsasında KTMT Daimi Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclas keçirir.

Qeyd edək ki, Ermənistan ordusu 150-200 nəfərə yaxın itki verib və Paşinyan yavaş-yavaş sayı etiraf etməyə başlayıb.