Paşinyan parlamentin iclasına zirehli jiletlə qatıldı - Foto

pasinyan-parlamentin-iclasina-zirehli-jiletle-qatildi
Oxunma sayı: 6065

44 günlük müharibədəki məğlubiyyətindən sonra Ermənistanda istefası tələb edilən və getdiyi hər yerdə ictimaiyyətin, müxalifətin sərt reaksiyası ilə qarşılaşan Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasına zirehli jiletlə qatılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni politoloq Robert Makaryan məlumat yayıb. O, Baş naziri “zirehli jilet geyinən qorxaq” adlandırıb.

“Parlamentdəki sual-cavabda “Ali qorxaq” zirehli pencək geyinir? Videonu izləyərək bunu görə bilərsiniz”, - deyə siyasətçi bildirib.