Pensiyalar nə qədər artdı?

pensiyalar-ne-qeder-artdi
Oxunma sayı: 7699

Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi 11,4 faiz həcmində artırılır. Pensiyaçıları maraqlandıran əsas məsələ isə indeksləşmədən sonra pensiya məbləğlərinin nə qədər olacağıdır. 

Mövzu ilə bağlı “Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Rövşən Ağayev xatırladıb ki, qanunvericiliyə görə pensiya almaq üçün ya 25 il iş stajın olmalı, yaxud da hesabında minumum pensiya kapitalı yığılmalıdır: 

“Tutaq ki, pensiya hesablaması zamanı məlum olur ki, siz 210 manat pensiya ala bilərsiniz. Bu o deməkdir ki, sizin pensiyanız yüz faiz sığortalı pensiyadır. Çünki minimum pensiyadan aşağı pensiya təyin edilə bilməz. Bu, o deməkdir ki, 210 manat alan pensiyaçının pensiyası 24 manata yaxın artmış olacaq. 

Odur ki pensiyaçılar özləri aldıqları pensiyanın hansı hissəsinin sığortalı olduğunu bilir. Ona görə də özləri sığortalı hissəni 11, 4 faizə vurmaqla artımı görə bilərlər. Çünki pensiya hesablaması fərdi məsələdir. 

Ümumilikdə isə tutaq ki, tam sığortalı 250 manat pensiyaçının aldığı pensiya 28-30 manat arası artmış olacaq”.

Qeyd edək ki, vətəndaşlar fevralda pensiyalarını alarkən həm fevralın, həm də yanvarın artımını ala biləcəklər. Pensiyaların bu artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını əhatə edir.

Günel Türksoy