Pentaqon rəhbəri bir müddət evdən işləyəcək

pentaqon-rehberi-bir-muddet-evden-isleyecek
Oxunma sayı: 1014

Fevralın 12-si reanimasiyaya yerləşdirilən ABŞ-nin müdafiə naziri Lloyd Ostin evə buraxılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun Mətbuat xidməti yayıb. 

Öz səlahiyyətlərinin icrasına başlayan Ostinin bir müddət evdən işləyəcəyi bildirilir. 

Xatırladaq ki, Ostin sidik kisəsində yaranan problemlə bağlı Uolter Ridd tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ötən ilin dekabrın sonu isə Ostində prostat xərçəngi aşkar edilib və o əməliyyat olunub.