“Pokrov Məhərrəm” Azərbaycana deport edildi - Video

pokrov-meherrem-azerbaycana-deport-edildi
Oxunma sayı: 8574

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.

“Qafqazinfo”nun “REN TV”yə istinadən verdiyi xəbərə görə, o, Moskvanın “Şeremetyevo” hava limanından Azərbaycana yola salınıb.

Qeyd edək ki,  Məhərrəm Quliyev ötən ayın sonlarında paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. O, Rusiyada qeyri-qanuni yaşayırmış. Məhkəmə onun ölkədən kənara çıxarılmasına qərar verib.

Xatırladaq ki, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında “nəzarətçi” olub və “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.

Quliyev ilk dəfə 2018-ci ilin yazında tutulmuşdu. O, ticarətçilərdən 1 milyon rublu hədə-qorxu yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Onu Moskvada dəyəri 500 milyon rubldan çox olan evdə tutmuşdular. Həmin vaxt  kriminal avtoritetin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi, lakin o, öz növbəsində qaydaları pozaraq restoranda dostlarına böyük ziyafət vermişdi. Məclisdən sonra Məhərrəm Quliyev yoxa çıxmışdı və federal axtarışa verilmişdi.