Polad Bülbüloğludan Bakıda qəza törətməsi xəbəri barədə - Açıqlama

polad-bulbulogludan-bakida-qeza-toretmesi-xeberi-barede
Oxunma sayı: 10827

“Mənim Bakıda avtomobil qəzası törətməyim barədə məlumatın heç bir əsası yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını vurması barədə xəbərlərlə bağlı deyib.

Xəbəri rus dilində oxuyun: В Баку вор покончил с собой перед супермаркетом

Центробанк оштрафовал ТЦ "Садарак"

Полад Бюльбюльоглу совершил ДТП в Баку - Видео​

Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib:

“Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”.