Pozner ilk dəfə Tbilisidə baş verən insidentdən danışdı

pozner-ilk-defe-tbiliside-bas-veren-insidentden-danisdi
Oxunma sayı: 4951

Tanınmış rusiyalı jurnalist Vladimir Pozner Tbilisiyə səfəri zamanı baş qaldıran etirazlardan danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Pozner Online” saytında yazıb.

O, Gürcüstanın paytaxtındakı qarışıqlıqlarla bağlı heç bir KİV-ə açıqlama verməməyinin səbəbini belə izah edib:

“Bu şavaşı təşkil edən insanlar diqqətə layiq deyillər. Şərəf olar. Ona görə də susuram və susmağa davam edəcəyəm”, - Pozner yazıb.

Qeyd edək ki, Gürcüstanın ərazi bütövlüyünü tanımayan V. Pozner 87 yaşını qeyd etmək üçün 40 nəfərlik dost qrupu ilə birlikdə Tbilisiyə gedib. O, 3 apreldə Gürcüstanı tərk edəcəkdi, ancaq yaranmış rezonans səbəbi ilə ölkəni vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.