Xəbər verdiyimiz kimi bu gün prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı binada “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin mənzilində olub. Prezidentə məlumat verilib ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib.
İki blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil var. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün isə 120 kvadratmetrdir.
Açılış mərasimdən fotoları təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər