Prezident Valeh Ələsgərova yeni vəzifə verdi

prezident-valeh-elesgerova-yeni-vezife-verdi
Oxunma sayı: 8785

Azərbaycan Prezidenti İlham Əliyev Valeh Ələsgərovla bağlı sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Qeyd edək ki, V. Ələsgərov Milli Məclis Sədrinin müavinidir.