Prezidenti görə bilmədiyi üçün ağlayan balaca arzusuna çatdı - Fotolar

prezidenti-gore-bilmediyi-ucun-aglayan-balaca-arzusuna-catdi
Oxunma sayı: 8884

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində maraqlı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyevlə selfi çəkdirən azyaşlı Murad Qasımovun fotosu müzakirələrə səbəb olub. Məlum olub ki, həmin balaca Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur. Onun bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılmışdı.

Kadrlarda İlham Əliyevlə şəkil çəkdirə bilmədiyi üçün ağladığı anlar yer alırdı.

O, “İlham Əliyevi görmək istəyirəm, niyə bizə gəlmədi? Onunla şəkil çəkdirmək istəyirəm”- deyərək ağlayıb. 

Maraqlıdır ki, azyaşlı bu arzusuna Formula 1 Azərbaycan Qran-Prisində çatıb. Balaca qəhrəman İlham Əliyev və ailəsi görüşərək xeyli şəkil çəkdirib.