Azərbaycanın dövlət büdcəsindən bu il üçün Prezidentin Ehtiyat Fonduna ayrılacaq vəsait Gürcüstandan 10 dəfə çoxdur.
SalamNews xəbər verir ki, bu barədə 2013-cü ilin dövlət büdcəsinə dair Milli Büdcə Qrupunun (MBQ) rəyində məlumat verilir.
MBQ-nin 22 ölkənin təcrübəsinə istinadən apardıqları tətqiqatlar göstərib ki, Prezidentin Ehtiyat Fondu araşdırmaya cəlb edilən ölkələr arasında yalnız Azərbaycanda və Gürcüstanda mövcuddur.
Gürcüstanda Prezidentin Ehtiyat Fondu 2013-cü il üçün 50 milyon lari təklif olunub. Yeni parlament onun 5 dəfə azaldaraq 10 milyon lariyə və ya 4 milyon 741 min manata endirib. Azərbaycanda isə 2012 il üçün Prezidentin Ehtiyat Fondu 300 milyon manat idisə, cari ildə bu rəqəm 347 milyon manat olacaq.
Təkcə Azərbaycanın dövlət büdcəsindən bu il üçün Prezidentin Ehtiyat Fonduna ayrılacaq vəsait Gürcüstandan təxminən 100 dəfə çox olacaq.
Son xəbərlər
Son Xəbərlər