Prezidentlər təkbətək görüşdü - Video - Fotolar

prezidentler-tekbetek-gorusdu
Oxunma sayı: 1689

Bu gün Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.

Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.

Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildiriblər, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra dövlət başçısı xatirə kitabına ürək sözlərini yazıb.