“Profilim oğurlanmayıb” - Selcan atasını təkzib etdi+Video

profilim-ogurlanmayib
Oxunma sayı: 7071

Xəbər verdiyimiz kimi, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina edib.

"Qafqazinfo"nun məlumatına görə, o, açıqlama yayaraq atası tərəfindən özünə və anasına qarşı şiddət göstərildiyini bildirib.

Siyasətçinin qızı yaydığı bəyanatda anasının barmaqlarının, özünün isə dizininin sındırıldığını qeyd edib.

Qızının bəynatından sonra F. Qəhrəmanlı açıqlama verərək Selcanın profilinin oğurlandığını bildirib. Lakin hazırda Niderlandda təhsil alan Selcan, atasının bu açıqlamasını təkzib edib. O, feysbukda canlı yayım açaraq profilinin oğurlanmadığını, yazdıqlarının həqiqət olduğunu bildirib.

Selcanın sözlərinə görə, yazıların hamısını özü qeyd edib. O, hazırda Hollandiyada təhsil aldığını, ona qarşı hakimiyyət tərəfindən heç bir təzyiq olmadığını bildirib. Qəhrəmanlının qızı feysbuk hesabının oğurlanması fikrini mənasız bəhanə adlandırıb.