PSJ tarixində ilk dəfə bu titulun sahibi oldu

psj-tarixinde-ilk-defe-bu-titulun-sahibi-oldu
Oxunma sayı: 2133

Fransanın PSJ klubu İngiltərənin “Tottenhem” klubuna qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun sahibi olub.

“Qafqazinfo” xəbər verir ki, İtaliyanın Udineze şəhərindəki “Friuli” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Fransız komandası penaltilər seriyasında 4:3 qalib gələrək kuboku qazanıb.

UEFA Superkuboku

23:00. PSJ - “Tottenhem” 2:2, pen. 4:3

Qollar: Kan-İn Li, 85, Qonçalo Ramoş, 90 - Miki Van de Ven, 39, Kristian Romero, 48

Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, “Tottenhem” isə Avropa Liqasının qalibi olub.