Putin ABŞ və müttəfiqlərinə qarşı sanksiyaların tətbiqi ilə bağlı fərman verdi

putin-abs-ve-muttefiqlerine-qarsi-sanksiyalarin-tetbiqi-ile-bagli-ferman-verdi
Oxunma sayı: 7933

Rusiya Prezidenti Vladimir Putin “ABŞ-ın və ona qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman” imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sənəd Kremlin rəsmi saytında dərc olunub.

O, aşağıdakı tədbirləri nəzərdə tutur:

- Xarici iqtisadi fəaliyyət iştirakçıları bu il yanvarın 1-dən xaricdən daxil olan valyuta köçürmələrinin 80 faizini satmağı öhdələrinə götürməlidirlər. Qayda artıq yığılmış vəsaitlərə də aiddir - onlar üç gün ərzində satılmalıdır. Bu prosesə Mərkəzi Bank nəzarət edəcək;

- kredit müqavilələri üzrə rezidentlər tərəfindən qeyri-rezidentlərin xeyrinə xarici valyutanın verilməsi ilə bağlı valyuta əməliyyatlarının aparılması qadağandır;

- rezidentlər bundan sonra xaricdəki bank və təşkilatlarda açılmış hesablarına xarici valyuta köçürə, habelə xarici ödəniş xidməti göstərənlərin təqdim etdiyi elektron ödəniş vasitələrindən istifadə etməklə bank hesabı açmadan pul köçürə bilməyəcəklər.