Putin Əliyevlə Ukrayna barədə söhbət etdi

putin-eliyevle-ukrayna-barede-sohbet-etdi
Oxunma sayı: 6187

Rusiya Prezidenti Vladimir Putin Moskvada Prezident İlham Əliyevlə görüşündə ölkənin Rusiya imperiyasının sərhədləri daxilində özünü bərpa etmək niyyətində olması ilə bağlı məlumatları təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.

Putin İlham Əliyevi Ukrayna istiqamətində baş verən hadisələrlə bağlı da məlumatlandırıb: “Bilirsiniz ki, Rusiya dünən Donbasın iki xalq respublikasının suverenliyini tanımaq barədə qərar verdi. 

Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.

Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.

Təəssüf ki, Ukraynada dövlət çevrilişindən sonra biz Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini və keyfiyyətini görmürük, əvvəlki səviyyə yox olub. Vurğulamaq istəyirəm, məhz dövlət çevrilişindən və bu çevrilişi edənlər tərəfindən hakimiyyətin qanunsuz ələ keçirilməsindən sonra".