Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TŞ-nin mətbuat xidmətinin rəhbəri Yevqeni Anoşin məlumat verib.
Anoşin bildirib ki, Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib.
Son xəbərlər
Son Xəbərlər