Qadın Bakıdakı mağazadan qeyri-adi oğurluq etdi - Video

qadin-bakidaki-magazadan-qeyri-adi-ogurluq-etdi
Oxunma sayı: 7008

Bakıda kosmetika mağazalarının birində qadın müştəri satıcıları aldadadarq 100 manatlıq ziyan vurub.

Qafqazinfo” xəbər verir ki, bu barədə Bizimyol.info-ya həmin mağazadan məlumat verilib. “Hadisə bu gün saat 12.35 radələrində baş verib. Mağazaya taksi ilə gələn qadın müştəri 4.50 qəpiklik malı kassadan götürən zaman satıcılara 100 manatlıq əskinaz uzadır. Ancaq hər dəfə də pulu geri çəkir və başqa mallarla bağlı sual verərək fikri yayındırmağa çalışır. İki satıcı olduğu üçün isə satıcılardan birindən başqa bir krem gətirməyini xahiş edir. O getdikdən sonra pulu əl çantasına qoyur və satıcıdan qalığı qaytarmağı xahiş edir. Satıcı ona 96 manat qaytarır. Bir manatı da uzadır ki, 50 qəpik çıxılsın. Digər satıcı gəldikdən sonra isə yeni sifariş etdiyi malın lazım olmadığını bildirir.

Beləliklə, 100 manatı vermədən qalığı alaraq gəldiyi taksi ilə də mağazadan uzaqlaşıb” – deyən mağaza əməkdaşı bildirir ki, bütün bunları kassanın üzərində yerləşdirilən kamera vasitəsilə sonradan izləyərək aydınlaşdırıblar.

Həmin videonu təqdim edirik: