Qadın sürücü ağır qəza törətdi - Ölən var+Video

qadin-surucu-agir-qeza-toretdi-
Oxunma sayı: 6293

Gəncədə qadın sürücü ağır yol qəzası törədib.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. “Hyundai Sonata” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında yığılan mişar daşlarına, sonra isə mağazaya çırpılıb.

Qəza zamanı sərnişin 24 yaşlı Xanım Nəsirova hadisə yerində dünyasını dəyişib. Qadın sürücü 30 yaşlı Nurlana Kərimova isə yüngül bədən xəsarəti alıb. Yol kənarındakı iki mağazanın şüşəsi də sınıb.

Şahid Surxay Əliyev qəza haqda bnları deyib: “İki qız idi. Obyektləri qoruyuram, içəri girdim ki, özümə çay süzüm. Gördüm ki, maşın ora girdi. Maşından səs gəldi ki, kömək edin. Tez maşını sürəni çıxardım o sağ idi. O, birisi isə can verirdi. Xahiş elədim yoldan keçən maşın xəstəxanaya apardı”.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb.